Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90336
az

ABŞ türk aviaşirkətinin Rusiyaya uçuşunu qadağan edib

13:1006 İyun, 2023
104
DÜNYA
  • A

ABŞ Türkiyə şirkətinə qadağa qoydu

Oxu24.com xəbər  verir ki,Rusiya mediası Rusiya daşıyıcıları arasında iki mənbəyə istinadən yazır ki, ABŞ hakimiyyəti Türkiyənin Southwind Airlines aviaşirkətinə Amerikanın Boeing 737 MAX təyyarəsi ilə Rusiyaya uçuşunu qadağan edib.


Onların sözlərinə görə, şirkət artıq satılan biletlərlə sərnişinlərinin daşınması xahişi ilə onlara müraciət edib.

ABŞ birbaşa qadağa tətbiq edə bilmədiyi üçün çox güman ki, onlar Southwind-i sanksiyalarla hədələyiblər və ya onun öz təyyarələrinə xaricdə xidmət göstərməsini qadağan ediblər, Rusiya aviaşirkətlərindən birinin top meneceri bildirib.

Bununla belə, Southwind təyyarələri ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosunun martın 3-də açıqladığı son sanksiyalar siyahısında deyil.

Southwind Airlines 2022-ci ildə Pegas Touristik səyahət holdinqi tərəfindən rusları Türkiyə kurortlarına daşımaq üçün yaradılan türk çarter aviaşirkətidir. Aviaşirkətin donanması qismən Rusiyanın Nordwind Airlines şirkətinin (Pegas Touristik holdinqinin bir hissəsi) keçmiş təyyarələrindən ibarətdir. Daşıyıcının donanmasına üç Boring 737 MAX daxil olmaqla səkkiz Airbus və Boeing daxildir.

Onlardan ikisi bu yaxınlarda Rusiyaya uçuşlar həyata keçirib. Hər ikisi Amerika icarəyə verən Air Lease Corporation-a məxsusdur. Xüsusilə, təyyarələr Ufa, Samara, Novosibirsk, Orenburq, Kalininqrad və Nijni Novqorod istiqamətlərinə həftədə 10-12 dönüş uçuşu həyata keçirib. İyunun 1-dən onlar Almaniya və İsveçrəyə uçuşlara keçirilib.

 

Tərcümə:Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Litva kasetli sursatları qadağan edən konvensiyadan ölkənin çıxmasını təsdiqləyib
Belqorod vilayəti üzərində iki pilotsuz təyyarə məhv edilib
Ermənistan Belarusda keçirilən paraddan imtina edib

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı