Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90317
az

Nəyə görə albalı yeməliyik? - FAYDALI XÜSUSİYYƏTLƏRİ

10:1006 İyun, 2023
205
MANŞET
  • A
Albalı (gilənar) çox faydalı bir giləmeyvədir həm təzəsi, həm də qurusundan istifadə etmək lazımdır, lakin təzəsinin daha çox xeyiri var. Dadlı kompotu və mürəbbəsi olur, mürəbbəsi soyuqdəymə zamanı yaxşı bir tərlədicidir. Albalının tərkibində revmatizmaya və bədəndə gedən bütün iltihabi xəstəliklərə təsir edən maddələr var. Əgər qanda böyrək çatışmazlığından sidik cövhəri və kreatin yüksəlibsə, albalı yemək əla bir vasitədir. Albalı yeni qan əmələ gətirir, bağırsaqları həm təmizləyir, həm də yumşaldır, bağırsaq mikroflorası üçün çox faydalı olduğundan cavanlaşdırıcı bir giləmeyvə kimi tanınır. Tərkibində zəngin dəmir vardır, bununla da hemoqlobin azlığında faydalıdır. Bu məqsədlə təzə vişnənin şirəsini çəkib, hər stəkana 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz. Bədəndə endorfin səviyyəsini çoxaldır, bununla da həm təbii ağrıkəsici rolunu oynayır, həm də yeyəndən sonra insanın yaşamaq həvəsini artırır (xoşbəxtlik hormonlarını çoxaldır). Albalıdan şəkər xəstəliyindən əziyyət çəkənlər də bol-bol istifadə edə bilərlər. Tərkibindəki çox miqdarda olan A və C vitamini dəri xəstəliklərində, diş dibi qanamalarında, göz zəifliyində, dəri kəpəklənməsində faydalıdır. Yüksək xolesterin və damardaxili tromblaşmada çox faydalıdır, infarkt keçirmiş insanlar və aterosklerozlu insanlar üçün çox xeyirlidir. Albalıdan kök insanların da istifadə etməsi məsləhətlidir, belə ki, həm toksinin artmasında, həm də arıqladıcı kimi faydalıdır. Zəngin mineral və vitamin tərkibinə görə immuniteti artırır, babasil xəstəliyində faydalıdır, belə ki, bağırsaqları yumuşaldır və iltihabı qaldırır. Albalının yuxusuzluqdan əziyyət çəkənlər də istifadə edə bilər. Albalı böyüməkdə olan uşaqlar üçün olduqca faydalı bir qidadır. Albalı beynin qanla təchizatını artırır, beyin qan dövranını yaxşılaşdırır, skleroz və alzheimer xəstələrinin həm müalicəsində, həm də profilaktikasında istifadə olunur, yaddaşı və diqqəti gücləndirir. Tez-tez ürəkdöyünmələrdən əziyyət çəkənlər üçün də faydalıdir Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcək
Azərbaycanda güclü YANĞIN: xəsarət alan var
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ -FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Cinayətdə şübhəli bilinən 21 nəfər saxlanıldı