Bu gün Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək.
Oxu24.com “TRT Haber”ə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda yeni dövrün yol xəritəsi müzakirə ediləcək.
Yeni dövrdə inflyasiya ilə mübarizəyə üstünlük veriləcəyi gözlənilir. İclasda iqtisadi məsələlərlə yanaşı, terrora qarşı mübarizə və xarici siyasətdəki son vəziyyət də müzakirə olunacaq.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR