Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90287
az

Tik-tokda polisi söyən şəxs həbs edildi

20:5905 İyun, 2023
121
KRİMİNAL
  • A

“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən Gəncə sakini A.Süleymanov barəsində məhkəmənin qərarı ilə 30 gün inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Bu barədə  DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

20:21
“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən Gəncə sakininin işi məhkəməyə göndərilib.

DİN-in mətbuat xidmətinin bölgə üzrə baş inspektoru, polis kapitanı Eşqin Qasımov  bildirib ki, “Tik-tok” platformasında Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına əsassız və qərəzli formada iddialar səsləndirən, eləcə də onlar barəsində nalayiq ifadələr işlədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanov müvafiq araşdırmalar aparılması məqsədilə polis şöbəsinə dəvət edilib.

O, yenidən səs-küy qaldıraraq nizamsız hərəkətlərini davam etdirib, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərib. Bu hərəkətlərinə görə onu rayon polis şöbəsinə gətiriblər.

Qanunamüvafiq olaraq A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, Gəncə şəhər sakini olan A.Süleymanov Daşkəsən rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus örüş sahələrini zəbt edərək qanunsuz olaraq digər şəxslərə icarəyə verib. Onun bu cəhdinin qarşısını polis əməkdaşları aldığına görə A.Süleymanov polis haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib
Saxta uduşlu lotoreya dələduzluğu aşkarlandı
Taksi sürücülərini aldadan və motosiklet oğurlayan şəxslər saxlanıldı - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib