Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90281
az

Azərbaycanın Ombudsmanı dövlət sərhədini pozan erməni diversantlara baş çəkib

18:3305 İyun, 2023
175
  • A

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri bu il may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Azərbaycanın dövlət sərhədinin pozulması və digər qanunsuz əməllərin törədilməsi ilə bağlı saxlanılmış və məhkəmə qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu - Hovaqimyan Harut Yuriki və Qazaryan Karen Aşoti qəbul edilib.

Bu barədə Oxu24.com-a Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həmin şəxslər konfidensial qaydada qəbul olunub, müraciətləri yerində dinlənilib. Qəbul edilmiş şəxslərin saxlanma şəraitindən və rəftardan şikayətləri olmamış, yaradılmış şəraitə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Başçəkmə çərçivəsində saxlanma şəraiti – kameraların vəziyyəti, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.

Eləcə də həmin şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan beynəlxalq hüquq normalarına uyğun hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müşahidə edilib və qəbul olunmuş şəxslərin özləri də bunu təsdiq ediblər.

Saxlanılan şəxslər üçün kameralarda bədii ədəbiyyat və informasiya materiallarının (öz dillərində) olması müşahidə olunub.

"Qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmana və 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim edilib", - məlumatda qeyd edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bunu edənlər xəstələnməyəcək! - Əhali üçün VACİB MƏLUMAT
Rusiyadakı azərbaycanlıların DİQQƏTİNƏ: Bu tarixdən etibarən...
Rusiya Belqoroda olunan hücumlara cavab verəcək

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...