Rusiyada benzin bahalaşıb.
Oxu24.com xəbər verir ki,Moskva Yanacaq Assosiasiyasının məlumatına görə, son iki həftədə Moskva yanacaqdoldurma məntəqələrində benzinin pərakəndə satış qiymətlərinin orta artım tempi 10-12 qəpik təşkil edib.
Belə ki, son bir həftədə Aİ-92-nin orta çəkili qiyməti 12 qəpik artaraq 1 litr üçün 48,6 rubla çatıb. Aİ-95-in qiyməti 10 qəpik artaraq litri 53,88 rubl təşkil edib.
Dizel yanacağının orta çəkili qiyməti iki qəpik artaraq 1 litr üçün 58,81 rubl təşkil edib.
Mayın ortalarında Aİ-95 markalı benzinin birja qiyməti rekord həddə çatıb. Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasının hərraclarında bir ton üçün 61 min rublu keçib. 92-ci benzinin qiyməti bir ton üçün 53 min rubla çatıb.
Tərcümə: Nigar Oqtayqızı
Oxu24.com
ŞƏRHLƏR