Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90264
az

Naxçıvana ucuz uçuşlar təşkil ediləcək

16:2805 İyun, 2023
111
  • A

Aşağı büdcəli hava nəqliyyatı şirkətləri Naxçıvan MR ilə yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmaları təşkil edəcək.

Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, Naxçıvanda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müvafiq layihələr gerçəkləşdiriləcək.

Zəngəzur dəhlizinin açılması burada dəmiryol infrastrukturunun yenilənməsini də zəruri edir. Bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Neft Daşları”nda sızma baş verdi - SOCAR-dan açıqlama
İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib
Yeni bir dövrün başlanğıcı: Bir ekosistem ictimaiyyətə təqdim olundu

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi