Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90262
az

Hüquqşünasdan şok açıqlama: sünnət cinayətdir

22:3805 İyun, 2023
4312
HÜQUQ
  • A

Sosial şəbəkələrin Azərbaycan seqmentində 35 yaşlı kişinin sünnətə görə valideynlərini məhkəməyə vermək istəməsi barədə xəbərlər yayılıb.

Oxu24.com qeyd olunan mövzu ətrafında araşdırma aparıb.

Sünnət cinayətdirmi?

Mövzu ilə bağlı saytımıza açıqlama verən hüquqşünas Şamil Paşayev  bildirib ki,Qanunvericiliyə baxdıqda tibbi göstəriş olmadan sünnət edilmək cinayətdir.Ekspertin verdiyi rəyə əsasən şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

 

Şamil Paşayev - Hüquqşünas

 

Vəkilin sözlərinə görə,hətta burada əzəb vermə kimi  az ağır  cinayət hadisi də ehtimal etmək olar.Amma bu mövzuda oğlan ata-anasını məhkəməyə verə bilməyəcək.Çünki müddət bitmişdir.

 

Mövzu ilə bağlı Oxu24.com vəkil Sadiq Əfəndiyevə də müraciət edib.

 

Vəkil bildirib ki,sünnət cinayət hesab oluna bilməz.

 

"Xeyr, sünnət etmək cinayət deyil. Hər şeydən əvvəl, sünnət etmək ona görə cinayət deyil ki, bu hərəkət  qanunvericilikdə cinayət əməli kimi nəzərdə tutulmamışdır. Ona görə nəzərdə tutulmamışdır ki, bu əməlin ictimai təhlükəlilik əlamətləri yoxdur. İctimai təhlükəsi olmayan əməl isə cinayət qanunu ilə qadağan oluna bilməz. Sünnəti xalqımız uzun illərdir ki, ənənəvi olaraq müsəlmançılığın bir şərti kimi icra edirlər. Sünnət nəinki ictimai təhlükə kəsb etmir, əksinə insanlarımız sünnəti təmtəraqlı şəkildə, hətta toy məclisləri səviyyəsində qeyd edirlər. "

Səslənən fikirlərə görə tibbi göstəriş olmadan sünnət etmək cinayətdir. Hətta bu, “Əzab vermə” cinayəti kimi də qiymətləndirilə bilərm?

 

Sadiq Əfəndiyev - VƏKİL

 

Vəkil Sadiq Əfəndiyevin sözlərinə görə, Cinayət Məcəlləsində “Tibbi göstəriş olmadan sünnət etmə” adlı maddə yoxdur.

O ki, qaldı sünət etməyin Cinayət Məcəlləsində nəzərdə tutulan “Əzab vermə” cinayəti kimi qiymətləndirilməsinə, bu da mümkün deyildir.

Bir şeyi nəzərə almaq lazımdır ki, sünnət sadəcə olaraq kiminsə tutulub cinsiyyət orqanının uc hissəsində olan dərinin zorla kəsilib götürülməsi demək deyildir.

Qeyd etdiyim kimi sünnət xalqımızın dini görüşləri ilə bağlı olan bir ənənədir. Sünnət hərəkətləri obyektiv cəhətdən hansısa cinayət əməlinə bənzədilə bilər. Lakin cinayət hüquqi baxımdan əməl təkcə obyektiv cəhətinə, yəni görünən tərəfinə görə deyil, həm də subyektiv cəhətinə görə qiymətləndirilir.

“Əzab vermə” cinayətində cinayətin subyektiv cəhəti, yəni cinayətkarın motivi, məqsədi məhz zərərçəkmiş şəxsə güclü fizki ağrı yetirilməsinə yönəlirsə, sünnətdə belə bir məqsəd yoxdur. Belə bir məqsəd olmadığı üçün də “Əzab vermə” cinayətinin tərkibindən söhbət gedə bilməz.

Deyilənə görə sosial şəbəkələrdə 35 yaşlı bir kişi icazəsi olmadan onu  sünnət etdirdikləri üçün ata-anasını məhkəməyə vermək istədiyini bildirib.

 

Bu məsələyə belə bir münasibət bildirilib ki, müddət ötdüyü üçün həmin kişi ata-anasını məhkəməyə verə bilməyəcəkdir.

Söhbət cinayət məsuliyyətinə cəlb etmə müddətindən gedirsə, bu müddət törədilmiş cinayət əməlinə münasibətdə hesablanan müddətdir. Cinayət hesab edilməyən əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətindən danışmaq mənasızdır.

 

Hazırladı: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təltif edib
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri- Foto

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin