Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90261
az

İsrail ölən Misir əsgərlərinin meyitini verdi

15:4005 İyun, 2023
113
DÜNYA
  • A

İsrail iyunun 3-də sərhəddəki insidentdə 3 İsrail əsgərini öldürən misirli mühafizəçinin meyitini təhvil verib.

Oxu24.com xəbər  verir   ki, İ24 telekanalının saytında yer alan xəbərə görə, sərhəddəki qarşıdurmada ölən misirlinin cənazəsi ölkəsinə təhvil verilib.

İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərində qarşıdurmada ölən Misir təhlükəsizlik zabitinin Qahirədən olan 22 yaşlı Məhəmməd Salah olduğu bildirilib.

Xəbərdə mərhum misirlinin fotosu da paylaşılıb.

İsrail ordusu iyunun 3-də Misirlə sərhəddə baş verən qarşıdurma nəticəsində 3 əsgərinin həlak  olduğunu açıqlayıb.

Açıqlamada əsgərlərə atəş açan hücumçunun Misirli “polis zabiti” olduğu və İsrail əsgərinin cavabı nəticəsində öldürüldüyü qeyd edilib.

Misir ordusundan verilən açıqlamada, ardınca gələn qarşıdurmada bir "təhlükəsizlik işçisinin" narkotik qaçaqmalçılarını qovarkən sərhəd barrikadasını keçdiyi, 3 İsrail əsgəri və mühafizəçinin öldüyü, 2 İsrail əsgərinin isə yaralandığı açıqlanıb.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Bu ölkələrin səfirləri Gürcüstan XİN-ə çağırıldı
Paşinyan ermənilərə “yeni dövlət” təklif etdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü