Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90254
az

Kapital Bank növbəti nüfuzlu beynəlxalq mükafat alıb

13:1405 İyun, 2023
93
CƏMİYYƏT
  • A

Kapital Bank növbəti nüfuzlu beynəlxalq mükafat alıb

 

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank növbəti beynəlxalq mükafata layiq görülüb. Nüfuzlu “Great Place To Work” –  “Mükəmməl iş yeri” mükafatını Azərbaycanda alan ilk bank məhz Kapital Bank olub.

 

“Artıq hamı bilir ki, Kapital Bank həm işçi sayına görə, həm də ən fəal işəgötürən olaraq ölkənin lider bankıdır. Bu siyahıya mükəmməl iş yerinin də əlavə olunması qürurverici haldır. Kapital Bank öz iş həyatının cəlbediciliyini və hər bir əməkdaş üçün mükəmməl bir iş şəraitini qorumaq üçün fəaliyyətlərini davam etdirir. Əsas fokusumuz isə dəyişilməz olaraq qalır - əməkdaşlarımızın inkişafi və mükəmməl karyera imkanları yaratmaq.” - deyə, Kapital Bank-ın Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova bildirdi.

 

Qeyd edək ki, Great Place To Work beynəlxalq qurum olmaqla 5 qitədə və 60-dan çox ölkədə fəaliyyət göstərir. Qurumun məqsədi insanlar üçün ən arzuolunan iş yerlərinin siyahısını müəyyən etməkdir.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/krdt, BirKart sifarişi üçün – //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır - BU GÜNDƏN
Külək əsəcək, yağış yağacaq - SABAHIN HAVASI

Dünyanın ən sürətli qatarı: Sürət 1000 km/saat

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Bakıda 100 min manata yaxın dələduzluq edən qadın saxlanıldı