Paytaxtın Pirallahı rayonunda evdən 10 450 manatlıq oğurluq edilib.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Gürgan qəsəbəsindəki evlərin birindən 450 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR