Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib
14 Mart 2025, 12:33
Qaynar xətt:
(+99450) 247 90 86TİBB
1094
04.06.2023, 21:18
Həyatımız boyu bağırsaqlarımızda xeyli miqdarda lazımsız tullantılar toplanır. Orqanizm heç də həmişə onları xaric etmək qabiliyyətinə malik olmur. Yoğun bağırsaqda olan zəhərli tullantılar qida maddələrinin mənimsənilməsinə və bütün orqanizmin fəaliyyətinə pis təsir göstərir. Buna görə də, bədənin belə bir yükdən vaxtında xilas olmasına kömək etmək vacibdir. Videoda Çin təbabətinin düzgün qidalanma sisteminin köməyilə bunu necə etdiyini görəcəksiniz.
Toksinlər və şlaklar nədir?
Bədənə xaricdən daxil olan və ya qidanın həzm prosesində əmələ gələn zəhərlər “toksinlər” adlanır. Etiraf etməliyik ki, keyfiyyətli, ekoloji cəhətdən təmiz və sağlam qidalarla qidalanmırıq. Buna həzm sisteminə mənfi təsir göstərən pis vərdişləri də əlavə edin. Ən təhlükəli toksinlər zəhərlənmə nəticəsində və ya ciddi yoluxucu xəstəlik zamanı yığılanlardır.
“Şlak” tibbdə rəsmi olaraq, istifadə edilməyən bir termindir. Lakin alternativ təbabətdə bədəndəki bütün yad yığıntılar bu sözlə ifadə olunur. Xüsusilə, öd kisəsindəki və böyrəklərdəki daşlar, həmçinin, bağırsaqlardakı nəcis daşları buna misal ola bilər. Bəzi hallarda, onların miqdarı 5 kiloqrama belə, çata bilər!
Toksinlər və şlaklar niyə yığılır?
Qeyd etdiyim kimi, əsas səbəb pəhriz vərdişləridir. Əksərən, duzlu, yağlı, emala məruz qalmış qidalar yeyirik. Məsələn; fast-foodlar və yarımfabrikatlar. Bütün bunlar bədənin əsas filterlərinin - qaraciyərin, böyrəklərin və bağırsaqların işinə mənfi təsir göstərir. “Mənfi amil” siyahısına içməli suyun keyfiyyətsizliyi, tərəvəz və meyvələrin nitratlarla çirklənməsi, lazımi qədər maye qəbul etməmək, qazlaşdırılmış içkilərdən istifadə nəticəsində su-duz balansının pozulması da daxildir.
Əlbəttə ki, siqareti və alkoqolu da unutmaq olmaz. Qidalanma vərdişlərilə yanaşı, hərəkətliliyin olmaması, artıq çəki və stress də bədəndə şlakların toplanmasına səbəb ola bilər. Bu amillər immuniteti azaldır və bədənimizdəki əsas proseslərin gedişatını pozur. Birbaşa olaraq, həzm sisteminə, qida maddələrinin mənimsənilməsinə mənfi təsir göstərir. Beləliklə, dairə bağlanır və insanın səhhəti pisləşir.
Bədənin çirklənməsinin əlamətləri.
Aşağıdakı əlamətlər bədənin toksinlərlə çirklənməsini göstərə bilər:
1. Yuxusuzluq və ayıla bilməmək;
2. Əzələlərdə zəiflik hissi;
3. Qəbizlik və ya ishal;
4. Sərt dəri, saç tökülməsi, dərinin qaşınması;
5. Qısamüddətli işdən sonra yorğunluq;
Həmçinin oxuyun
Bağırsaqları necə təmizləmək olar?
Tibbin skeptik, bəzən isə mənfi qəbul etdiyi bir çox təmizləmə üsulları var. Xüsusən də, müxtəlif imalələr və günəbaxan yağı ilə limon suyundan istifadə həkimlər tərəfindən olduqca neqativ qarşılanır. Çünki bu üsullar bağırsaq disfunksiyasına, mədənin iltihabına və öd yollarında daşların hərəkətinə səbəb ola bilər. Nəticə çox təhlükəlidir, hə? Mən sizə təhlükəsiz üsullar haqqında danışmaq istəyirəm. Sadəcə, mütəmadi olaraq, dadlı və sağlam qidalar yemək lazımdır ki, bağırsağınız təmizlənsin.
Hələ neçə əsr bundan qabaq, Çinli təbiblər bağırsaq hərəkətliliyini yaxşılaşdıran və ondan bütün toksinləri yumşaq şəkildə çıxaran bir sıra məhsulların müalicəvi xüsusiyyətlərini yazıya köçürüblər.
Siyahıdakı ilk məhsul yosun və ya dəniz kələmidir. Yodla zəngin dəniz kələmi triqliseridlərin qanda həll olmasını təmin edir, orqanizmin turşu-qələvi balansını qoruyur, bağırsaqların hərəkətliliyini yaxşılaşdırır. Dəniz kələmi aşağı kalorili bir məhsuldur, eyni zamanda, stronsiumu bədəndən çıxara bilər. Bu qabiliyyəti sayəsində, dəniz kələmi leykemiyanın inkişaf riskini azaldan profilaktik vasitə kimi çıxış edir. Siz kələmi çiy yeyə bilərsiniz. Ətlə qızartmaq və ya buxarda bişirmək də mümkündür.
İkinci vacib və əlverişli məhsul qəhvəyi düyüdür. Hamımız pəhrizimizin ayrılmaz hissəsi kimi düyüdən istifadə edirik. Ancaq bu dənli bitkinin ağ, cilalanmış versiyası yemək bişirmək üçün əlverişli olsa da, emal prosesində tərkibindəki bir çox faydalı maddələri itirir. Bəli, cilalanma zamanı atılan qabıqda külli miqdarda faydalı maddələr var. Qəhvəyi düyü B və E vitaminləri, həmçinin, maqnezium, kalium, dəmir, sink və manqanla zəngindir. Bütün bunlar immuniteti və qan dövranını yaxşılaşdırır. Düyüdəki pəhriz lifi normal bağırsaq hərəkətliliyi və faydalı mikrofloranın inkişafı üçün vacibdir. Qəhvəyi düyünü bişirməzdən əvvəl, onu yaxşıca yumaq və 2 saat təmiz suda islatmaq lazımdır. Belə düyü sıyığını həftədə, ən azı, 2 dəfə yemək lazımdır.
12:35 / 14 Mart 2025
Ramin Dekonun həbs müddəti uzadılıb
13
12:33 / 14 Mart 2025
Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib
17
12:06 / 14 Mart 2025
Lalə Novruzova həbs edilib
519
11:50 / 14 Mart 2025
Tramp fələstinliləri Somalilendə köçürmək istəyir
36
11:33 / 14 Mart 2025
Trampın xüsusi nümayəndəsinin təyyarəsi Bakıya enib
325
11:28 / 14 Mart 2025
Avropa yenidən silahlanmanı sürətləndirir
38
11:21 / 14 Mart 2025
Məhəmməd bin Salman Putinlə nəyi müzakirə edir?
36
11:20 / 14 Mart 2025
Bütün günü yuxulu olmaq nəyin əlamətidir?
49
11:15 / 14 Mart 2025
Avropa İttifaqı ABŞ-dan asılılığını rəsmən etiraf edir
38
11:10 / 14 Mart 2025
Azərbaycanda ötən il vergi ödəyicilərinə qarşı 637 cinayət işi başlanılıb
45
11:06 / 14 Mart 2025
Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib
34
11:02 / 14 Mart 2025
Həqiqi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb
41
10:43 / 14 Mart 2025
Nədən termometr apteklərdə tapılmır ?
60
10:37 / 14 Mart 2025
Nazirlər Kabineti yeni qərar verib
996
10:30 / 14 Mart 2025
Qızılın qiyməti bahalaşdı
42
10:23 / 14 Mart 2025
Avro və rublun qiyməti dəyişdi - Dollar isə...
46
10:10 / 14 Mart 2025
Güləşçilərimizdən 1 gümüş, 2 bürünc medal
59
09:46 / 14 Mart 2025
Rusiyada yanğın baş verdi
47
09:45 / 14 Mart 2025
ABŞ Ukraynaya yeni raketlər verəcək - Foto
48
09:41 / 14 Mart 2025
Dəm qazından öldü
45
09:30 / 14 Mart 2025
Zelenski türkiyəli nazirlərlə iftar açdı - Foto
45
09:15 / 14 Mart 2025
"WhatsApp"da yeni funksiya...
60
09:00 / 14 Mart 2025
Azərbaycanda qadın öz saxladığı itin qurbanı oldu - VİDEO
57
08:51 / 14 Mart 2025
"Gecələr yata bilmirik, hər an hücum ola bilər"
57
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.