Qızları fahişəliyə cəlb edənlər tutulub.
Bursada yerləşən 3 şəhərdə keçirilən əməliyyatda gənc qızları yüksək gəlirli iş vədi ilə aldadan və çəkdirdikləri şəkilləri kataloqa çevirərək fahişəliyə məcbur edən şəbəkə ifşa edilib.
Oxu24.com DHA-ya istinadən xəbər verir ki,17 şübhəli saxlanılarkən, 4-ü xarici ölkə vətəndaşı olan 22 qadın xilas edilib.
Şübhəlilərin evlərində və mənzillərində aparılan axtarışlar zamanı 4 ədəd sənədsiz silah, 1 ədəd ov tüfəngi, 180 ədəd narkotik həb, 20 ədəd mobil telefon, 2 ədəd noutbuk, 4 ədəd qadın pasportu, 30 min lirə və fahişəlikdən əldə edilən pulların qeydə alındığı dəftər üzə çıxıb.
Araşdırmalar davam edir.
Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR