Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90203
az

Çinin müdafiə naziri birbaşa ABŞ-la müharibədən danışıb

19:1904 İyun, 2023
104
DÜNYA
  • A

Pekin və Vaşinqton arasında qarşıdurma qlobal fəlakətə səbəb ola bilər.

 

Oxu24.com xəbər  verir  ki, bu haqda  Çin Müdafiə Nazirliyinin rəhbəri Li Şanqfu bildirib.

 

Nazir bildirib ki,rəsmi Çin  Vaşinqtonla dialoqa can atmağa davam edir.

 

Sinqapurda keçirilən Şanqri-La Dialoq beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı nazir deyib ki, beynəlxalq ictimaiyyət sabit münasibətləri səbirsizliklə gözləyir və istənilən potensial münaqişə və ya qarşıdurmadan narahatdır:

 

Çin və ABŞ “bir çox cəhətdən bir-birindən fərqlidirlər”, lakin bu, onların ikitərəfli əlaqələri genişləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün ümumi zəmin və ümumi maraqlar axtarmasına mane olmamalıdır.

 

Pekin Asiya-Sakit Okean regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq üçün açıq, əhatəli, şəffaf və ədalətli çərçivənin qurulması üzərində işləməyə hazırdır. Li Şanqfu Tayvan ətrafındakı vəziyyətin qərarını “yalnız Çin xalqının işi” adlandırıb. 

 

Çin və ABŞ arasında münasibətlər fevral ayında Çin hava şarının ABŞ səmasında vurulması ilə kəskinləşdi. Vaşinqton iddia etdi ki, bu, kəşfiyyat şarıdır.

 

Eyni zamanda, Amerika şarları Pekinin icazəsi olmadan ən azı on dəfə Çinin hava məkanını zəbt edib, lakin ölkə onları vurmayıb, 

 

İyun ayında Çin gəmisi ABŞ-ın esminesi ilə az qala toqquşub, bundan sonra Amerika tərəfi Çin ordusunu qeyri-peşəkarlıqda ittiham edib. Ötən ay Çin qırıcısı ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinə qarşı aqressiv manevr edib.

 

Tərcümə:Aynurə Məcidova

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldu azarkeşə milyon dollar qazandırdı - VİDEO
Qərbin Tbilisi planı: "rəngli inqilab", manipulyasiya, yalan
Bəşər Əsədin iqamətgahı ələ keçirildi - VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin