Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90199
az

Azərbaycanda unun qiyməti bu tarixdən bahalaşacaq

18:1204 İyun, 2023
282
  • A

Son 20 gündə Azərbaycanda unun qiyməti 3 %-dən çox ucuzlaşıb. Yerli mətbuatın yazdığına görə, ölkədə topdansatış mərkəzlərində 50 kiloqram un kisəsinin qiyməti 31,5 - 34 manat arası dəyişməsi müşahidə olunub.

Oxu24.com  xəbər verir ki, 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 31,5 manata "Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 35 manata "Nural” MMC satıb. 20 gün əvvəl isə "Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 32,5 manata, "Nural” MMC isə 36 manata satıb. Digər istehsal müəssiləri də 50 kiloqramlıq unu müxtəlif qiymətlərdə satıb. 

İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirib ki, son zamanlar ölkənin daxili istehlak bazarında unun qiymətində cüzi ucuzlaşma qeydə alınıb:

"Bu da onunla əlaqəlidir ki, artıq ölkədə taxılın biçim mövsümü başlayıb. Yay aylarında müxtəlif rayonlarda taxıl sahələrində biçimlərin başlanılması gözlənilir. 

Eyni zamanda buğda idxalı üzrə də vəziyyət qənaətbəxşdir. Məhz bu səbəblərə görə, unun qiymətində ucuzlaşmanın müşahidə edilməsi təbii haldır. 

Amma bu, müvəqqəti xarakter daşıyır. İlin sonuna qədər unun qiymətinin yenidən bahalaşacağı ehtimal olunur. Hesab edirəm ki, bu ehtimal özünü doğruldacaq". 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un Liderlər Sammitində ailə fotosu çəkdirilib
Sahil Babayev rəsmən açıqladı:Minimum əməkhaqqı və pensiyalar artırılacaq
Hava ilə bağlı XƏBƏRDARLIQ –QAR GƏLİR…

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü