Aparıcı ölkələrin rəsmiləri gizlin şəkildə toplaşır.
Oxu24.com xəbər verir ki,mənbələrin Reuters-ə verdiyi məlumata görə, Şanqri-La Dialoq təhlükəsizlik forumuna paralel olaraq Sinqapurda 20-yə yaxın ölkənin yüksək rütbəli kəşfiyyat rəsmilərinin məxfi toplantısı keçirilib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, belə bir görüş “beynəlxalq kölgə gündəliyinin mühüm elementidir”.
Görüşdə digərləri ilə yanaşı ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes və Hindistan Kəşfiyyatının Tədqiqat və Təhlil Direktoru Samant Qoel də var idi. ABŞ-la yaşanan gərginliyə baxmayaraq, iclasda Çinin də nümayəndəsi olub, lakin Rusiya Federasiyasının nümayəndəsi olmayıb.
Reuters-in mənbələrinə görə, bu cür tədbirlər tərəflərin niyyətlərini və can atdıqları nəticələri anlamağa kömək edir. Mənbələr bildiriblər ki, görüşlər uzun illərdir Sinqapur tərəfindən təşkil olunub, lakin əvvəllər bu barədə məlumat verilməyib.
ABŞ-ın Sinqapurdakı səfirliyi hadisə ilə bağlı məlumatı olmadığını bildirib. Çin və Hindistan hökumətləri məlumatı şərh etməyiblər. Sinqapur Müdafiə Nazirliyinin nümayəndəsi yalnız qeyd etdi ki, forumun bütün iştirakçıları, o cümlədən kəşfiyyat xidmətlərinin yüksək rütbəli məmurları “öz həmkarları ilə görüşmək fürsətindən istifadə edirlər”.
Şanqri-La Dialoqu 2002-ci ildən keçirilir. Bu Asiya-Sakit okean regionunda ən böyük təhlükəsizlik forumudur. Təşkilatçısı Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutudur.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR