Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90181
az

6 ay kosmosda qalan kosmonavtlar Yerə endi

11:3704 İyun, 2023
81
DÜNYA
  • A

Çinin kosmik stansiyasının quraşdırılmasında iştirak etmiş “Şencou-15” (“Shenzhou-15”) missiyasının kosmonavtları 6 aylıq fəaliyyətdən sonra Yerə qayıdıblar. Kosmonavtlar Fey Cunlon (heyətin kapitanı), Den Çinmin və Can Lunu gətirən “Şencou-15” kosmik gəmisinin xüsusi kapsulu Pekin vaxtı ilə iyunun 3-də axşam 21:29-da “Tienqon” (“Tiangong”) kosmik stansiyasından ayrılıb. Kapsul iyunun 4-də səhər saat 6:33-də Qobi səhrasındakı “Donfen” meydançasına enib. Həkimlər kosmonavtların sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu bildiriblər. Onlar xüsusi təyyarə ilə Pekinə yola salınıb. Qeyd edək ki, “Şencou-15” missiyasına ötən il noyabrın 30-da start verilib. Onlar kosmik stansiyada kosmonavtların fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri yerinə yetirib, açıq kosmosda bir neçə əməliyyat icra ediblər. “Şencou-15” missiyasını kosmik stansiyada mayın 30-da start verilmiş “Şencou-16” missiyasının 3 kosmonavtı əvəzləyib. “Şencou-16” missiyasının təxminən 5 ay kosmosda qalması planlaşdırılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü