Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini elektron qolbaqla həbsdən azad etməyi təklif edib.
Oxu24.com xəbər verir ki,O, bu barədə Fransanın France 24 telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, Saakaşvili ilə yaxşı rəftar edilməlidir və mən bunu yüksək səslə deyirəm – çünki dünyanın müxtəlif yerlərində həbs cəzasına məhkum edilmiş bir çox başqa prezidentlə belə rəftar edilir. Bizim bildiyimiz elektron bilərziklər və Aİ-yə daxil olan ölkə üçün daha uyğun olan digər formalar var”, - Zurabişvili bildirib.
Gürcüstan prezidentinin Saakaşvilinin səhhətinin vəziyyətini nəzərə alaraq onu əfv etmək niyyətində olub-olmaması ilə bağlı suala siyasətçi cavab verib ki, bu, ölkəyə dəymiş ziyanı kompensasiya etməyəcək.
“Avropa rəsmiləri bütün bu vəziyyətin Gürcüstanın Qərbdəki imicinə vurduğu ziyanı vurğulayırlar. Bu məni narahat edir və mən bu vəziyyəti yüngülləşdirmək üçün çox şey edirəm. Amma ziyanı hökumətin qəbul etdiyi qərarlar dəyib və amnistiya bu zərəri həqiqətən bərpa etməyəcək”.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR