Çexiya və Slovakiya sursat istehsalı sahəsində əməkdaşlıq etmək niyyətindədir.
Oxu24.com xəbər verir ki, bu barədə iyunun 2-də Slovakiyanın müdafiə naziri Martin Sklenar çexiyalı həmkarı Yana Çernoxova ilə görüşdən sonra bildirib.
“Birgə həyata keçirə biləcəyimiz çoxlu layihələr var. Biz birlikdə irəliləməkdən xoşbəxt olacağıq. Biz həmçinin döyüş sursatlarının istehsalı üzrə imkanların artırılması sahəsində əməkdaşlıq haqqında danışdıq”, - Sklenar bildirib.
Çernoxova qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib, buna əsasən hər iki ölkənin şirkətləri köhnə hərbi texnikanı təmir edib Ukraynaya göndərirlər.
Nazirlər həmçinin bildiriblər ki, hər iki ölkə Kiyevə yardımı davam etdirəcək.
Qeyd edək ki, Sklenar bundan əvvəl Slovakiyanın Avropa İttifaqının Ukraynaya sursat tədarükü planında iştirak etməkdə maraqlı olduğunu açıqlamışdı.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR