Çinin müdafiə naziri Li Şanqfu Sinqapurda keçirilən “Şanqri-La Dialoq” Asiya təhlükəsizlik forumu çərçivəsində ukraynalı həmkarı Aleksey Reznikovla görüşündə Ukraynada müharibəyə son qoymaq üçün “bütün mümkün vasitələrdən” istifadə etməyi təklif edib.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov bildirib Bloomberg-ə müsahibəsində bildirib.
Qavrilov bildirib ki, Ukrayna tərəfi görüş zamanı “Pekinin yerlərdə vəziyyətlə bağlı anlayışını dərinləşdirməyə çalışıb” və əlavə edib ki, Çin Müdafiə Nazirliyinin rəhbəri Kiyevlə hərbi əlaqələri genişləndirməyə söz verib.
“Onlar Ukrayna və Çin hərbi rəhbərliyi arasında əlaqələri genişləndirmək üçün ünsiyyətə hazırdırlar. Ümid edirəm ki, görüşdən sonra biz müəyyən dinamika görəcəyik”, - deyə Qavrilov bildirib.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR