Macarıstan Rusiyadan imtina etmək fikrində deyil.
Oxu24.com xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto İnterfaks-a bildirib ki, Macarıstan Rusiyanın enerji daşıyıcılarından imtina etmək niyyətində deyil, eyni zamanda diversifikasiya üçün digər istehsalçılarla da danışıqlar aparır.
"Biz Rusiya tədarükünü əvəz etmək fikrində deyilik - nə neftdə, nə də qazda. Rusiya bizim üçün etibarlı tərəfdaş olub: həm "Qazprom", həm də neft istehsalçıları. (...) Başqa bir məsələ diversifikasiyadır. Amma bizim nöqteyi-nəzərimizdən, bu o demək deyil ki, biz bir mənbəni digəri ilə əvəz etmək istəyirik.Bizim üçün diversifikasiya o deməkdir ki, biz başqa mənbələr axtarırıq, lakin Rusiya resurslarını əvəz etmək məqsədi ilə deyil”, - Sijarto bildirib.
O, Azərbaycan və Türkiyənin Macarıstana əlavə həcmdə qaz tədarük edə biləcək və Macarıstanın danışıqlar apardığı əsas tədarükçülər olduğunu qeyd edib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR