Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90122
az

Taksi sektorunda dəyişikliklərin olması vacibdir”

14:4103 İyun, 2023
102
CƏMİYYƏT
  • A
Azərbaycanda bütövlükdə taksi xidmətlərində keyfiyyətin, eyni zamanda təhlükəsizliyin tənzimlənməsi çox vacibdir. “Qafqazinfo” xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Ətraflı "Taksi şirkətlərinin keyfiyyətli xidmət göstərməsi, həmçinin taksi xidmətindən istifadə edən vətəndaşlarımızın təhlükəsizliyi çox önəmlidir. Yəni, çoxlu sayda faktlar var ki, son illər taksi sürücülərinin sərnişinlərlə münasibətlərində kobudluq müşahidə olunur. Hətta bəzi hallarda ailələr taksi xidmətindən istifadə etməyə tərəddüd edirlər. Ona görə də, xüsusilə keyfiyyətin və sərnişinlərin təhlükəsizliyinin, sərnişinlərlə davranış qaydalarının tənzimlənməsinə ehtiyac var". İqtisadçı həmçinin deyib ki, bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin addımlar atması olduqca vacibdir: "İnkişaf etmiş ölkələrdə olduğu kimi taksi xidmətləri həm yüksək keyfiyyət, həm də sərnişinlərin təhlükəsizliyini qorumaqla həyata keçirilməlidir. Ona görə düşünürəm ki, bu istiqamətdə məhz tənzimlənən mexanizmlərdən istifadə olunması, yeni qaydaların, mexanizmlərin, xüsusən də keyfiyyətin artırılmasını və sərnişinlərə münasibətdə sivil metodlardan istifadə edilməsi ilə bağlı hətta təlimlərin keçirilməsinə ehtiyac var. Çünki bu sektorda keyfiyyət baxımından dəyişikliklərin olması üçün vacibdir". Bizi Twitterdə izləyin Son Xəbərlər taksi-sektorunda-deyisikliklerin-olmasi-vacibdir “Taksi sektorunda dəyişikliklərin olması vacibdir” qubadlida-komeksiz-veziyyetde-qalib-fhn-e-zeng-etdiler Qubadlıda köməksiz vəziyyətdə qalıb FHN-ə zəng etdilər - Foto Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO