Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90109
az

Təbii fəlakət zamanı əhaliyə dəymiş ziyanı kim ödəməlidir? — Vəkil hüquqi yolu açıqladı

12:1003 İyun, 2023
4618
  • A

Xəbər verdiyimiz kimi Azərbaycanın bir sıra bölgələrində təbii fəlakət nəticəsində əhaliyə ciddi ziyan dəyib.

May ayının 31-də Ucar və Göyçay rayonlarında  baş vermiş  güclü yağış və qasırğa  nəticəsində bir sıra binaların dam örtüyü dağılıb,evləri su basıb,elektrik dirəkləri aşıb.

Ucar rayonunun bir çox kəndləri 4 gün elektrik enerjisiz və internetsiz qalıb.Kənd sakinlərinə məxsus tövlələr uçub.

Rayon sakinlərinin saytımıza verdiyi məlumata görə hadisədən 4 gün keçməsinə baxmayaraq hələ də aidiyyatı qurumlar tərəfindən heç bir tədbir görülməyib.Ərazidə heç bir qiymətləndirmə işi  və baxış keçirilməyib.

 

Bəs təbii fəlakət zamanı əhaliyə dəymiş ziyanı kim ödəməlidir?

 

Oxu24.com bununla bağlı araşdırma aparıb.Mövzu ilə bağlı saytımıza açıqlama verən vəkil Sadiq Əfəndiyev bildirib ki, Dövlət fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaradır.

 

Fövqəladə hadisə hər hansı bir prosesin normadan kənara çıxması nəticəsində baş verən hadisədir. O cümlədən qasırğa normadan kənara çıxan dağıdıcı gücə malik, təbii mənşəli fövqəladə hadisə hesab olunur.

 

(Vəkil Sadiq Əfəndiyev)

 

Respublikamızda fövqəladə hadisələrin qarşısının alınması, onların aradan qaldırılması və bununla bağlı digər məsələləri tənzilmləyən hüquqi normativlər Mülki müdafiə haqqında qanunda və digər normativ hüquqi aktlarda öz əksini tapıb.

 

 

 

Mülki müdafiənin əsas məqsədlərindən və vəzifələrindən biri də fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılmasıdır. Dövlət fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaradır.

 

Qanuna görə hər bir vətəndaşın fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun ödənclər almaq hüququ vardır.

 

Hər hansı fövqəladə hadisə baş verdiyi halda operativ şəkildə hadisənin qarşısını almaq, nəticələrini aradan qaldırmaq və müvafiq qurumlarım fəaliyyətlərinin əlaqələndirmək məqsədilə yaradılmış müvafiq komissiyalar fəaliyyət göstərir.

 

 

O cümlədən hər bir rayonda icra hakimiyyəti başçısının müavininin sədrlik etdiyi fövqəladə hallar üzrə komissiyalar təşkil edilmişdir. Fövqəladə hadisədən zərərçəkmiş şəxslər olduğu halda, həmin şəxslərin qeyd edilən rayon komissiyalarına və ya rayon icra hakimiyytinə məlumat vermələri məqsədəmüvafiqdir. Fövqəladə hadisə nəticəsində ayrı-ayrı şəxslərə dəymiş maddi zərərin məbləğini müəyyən edib aktlaşdırmaqla, ödənilməsini təmin etmək məhz məhz həmin komissiyaların vəzifəsidir.

 

Hazırladı: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İntizam tənbehi hansı halda ləğv edilə bilər? — HÜQUQİ YARDIM
İşçilərə qarşı hansı tənbeh növləri tətbiq edilə bilər? — HÜQUQİ YARDIM
Təbii fəlakət zamanı əhaliyə dəymiş ziyanı kim ödəməlidir? — Vəkil hüquqi yolu açıqladı

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR