Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
901
az

Allergiyadan əziyyət çəkirsiniz? - Bunu mütləq oxuyun

23:0320 Aprel, 2018
1865
TİBB
  • A
Alimlərin 30 ölkədə apardıqları araşdırmalar nəticəsində məlum olub ki, müasir dövrdə ən ox yayılan xəstəlik allergiyadır. Bir milyon insan arasında aparılan araşdırmada hər yüz insandan 22-sində bu xəstəlik aşkarlanıb. Allergiya xəstəliyinin tarixi tam qədim zamanlara gedib çıxır. Bu məşhur xəstəliyin ilkin izələrinə hələ qədim Misir mumiyalarında rast gəlinib. Tarixi uzun olsa da alimlər bu xəstəliyi XIX əsrdə aşkar etməyi bacarıblar. Onun müalicəsinə isə düz bir əsrdən sonra, yəni XX əsrdə başlanılıb.

Oxu24.com  bildirir ki, müasir dövrümüzdə də bu xəstəlikdən əziyyət çəkənlərin sayı kifayyət qədər çoxdur və onun sayı günü-gündən artmağa da davam edir.

Allergiya nədir?

Orqanizmin xüsusi bir maddəyə qarşı göstərdiyi reaksiya tibb elmində allergiya adlanır. Allergiya bir xəstəlik yox, immunitet sisteminin zəifliyidir. Allergiya yaz xəstəliydir. Allergiya özünü bir neçə formada göstərir. Bəzən elə olur ki, insan allergiyaya görə özünə nifrət edir. Allergiya nəticəsində onun dərisi daima səpir, qızarır. Allergiyanın bir neçə növləri var. Onun ən çox yayılan formaları isə allergik və xroniki rinitdir.

Allergik rinit:

Bu allergiyanın ən yüngül növüdür. Allergik rinitin əlamətləri qripin əlamətlərinə bənzəyir. Allergik rinit zamanı burun və göz sulanır, qızarır, qaşınır. İlk olaraq xəstədə fasiləsiz asqırmalar və burunda göynəmələrlə müşahidə olunur. Allergiyanın bu növünün həmçinin gözə də təsiri çoxdur. Allergik rinit zamanı göz daim sulu olur və qaşınır. Bu xəstəliyin simptomları özünü yaz vaxtı çiçəklənmə və tozlanma dövrü başlayanda baş qaldırır. Belə xəstələrin burnu daim tutulu olur və onlar qoxunu hiss etmirlər. Hətta xəstəlik irəlilədikdə xəstənin qulağı da tutula bilər. Allergik rinit zamanı xəstənin bədənində həmçinin qızartılar, əllərində, ayaqlarında şişmələr olur. Belə xəstələr ev şəraitində özlərini yaxşı hiss edir. Ancaq çölə çıxdıqda onların halı dəyişir, boğulma halları olur. Allergik rinitin də iki forması var: ağır və yüngül. Yüngül formada olan allergik rinit xəstlərində xəstəliyin simptomları bir ay davam edir. Ağır allergik rinitin simptomları isə mövsüm sonuna kimi özünü biruzə verir.

Xroniki rinit:

Allergiyanın digər növü olan xroniki rinit ağır qrip, haymorit və frantit xəstəliklərindən sonra yaranır. Bu allergiya formasının əlamətləri də allergik rinitdə olduğu kimidir. Ancaq xroniki rinitin bir fərqi var ki, o da allergik rinit sadəcə, yaz mövsümündə əlamətlərini biruzə verir. Ancaq xroniki rinitin əlamətləri ilin dörd fəslində öz əlamətlərini göstərir. Xroniki rinit xəstələri çöldə özlərini yaxşı hiss etdikləri halda ev şəraitində onların halları ağırlaşır.

Dəri allergiyası:

Allergiyanın çox yayılan növlərindən biri də dəri allergiyasıdır. Dəri allergiyası zamanı dəridə şişlər, qızartılar, pilinqlər əmələ gəlir. Eyni zamanda dəri quruyur və çatlayır. Dəri allergiyası zamanı xəstə qaşınmadanda əziyyət çəkir.

Allergiyanın yaranma səbəbləri

Allergiyanın hər növünün yaranma səbəbləri müxtəlif olur.  Allergik rinitin yaranma səbəblərini öyrənmək üçün qol hissəsinə sınaqlar qoyulur. Bu sınaqların sayı 7-dən 21-ə kimi olur. Sınaqlar qolda bir neçə dəqiqə qalır. Bundan sonra o öz təsirini göstərir. Bu sınaqlardan sonra xəstənin nəyə qarşı allergiyasının olması müəyyənləşir. Və ona qarşı xüsusi dərman preparatları ilə müalicələr aparılır. Onu da qeyd edək ki, allergik rinitin müalicəsi mövsüm vaxtı aparılmır. Həm də mövsüm vaxtı sınaqlardan istifadə etmək mümkün olmur. Çünki yaz mövsümündə allergiya daha çox baş qaldırır. Və bütün sınaqlar nəticəsiz olur. Buna görə də allergik rinit xəstələrinin müalicəsi soyuq havada aparılır. Yaz mövsümündə sadəcə, allergik rinitin qarşısı alınması üçün müalicə aparılır. Bununla yanaşı allergiya xəstəsinin gözləri də müalicə olunur. Çünki allergiya ən çox gözə ziyan vurur.

Xroniki rinit xəstələrinə də sınaqlar qoyulur, bu sınaqlar vasitəsilə onun yaranma səbəbləri araşdırılır. Xroniki rinitin daşıyıcıları yun və tükdən uzaq durmalı, yalnız sintetik materialdan hazırlanan yataqda yatmalıdırlar. Belə xəstələrə daim təmiz havada gəzmək məsləhət görülür.

Allergiyanın fəsadları:

İnsanlar çox vaxt bu xəstəliyə ciddi yanaşmırlar. Onlar elə başa düşürlər ki, allergiya qripin bir növüdür və mövsüm keçdikdən sonra o keçib gedir. Allergiyaya qarşı müalicə aparılmadıqda bu rinit özünü daha kəskin göstərməyə başlayır və ağciyərə təsir edir. Hətta xəstəlik irəlilədikdə bronxiol astmaya çevrilə bilər. Bütün bunların qarşısını almaq üçün allergiya xəstələri vaxtlı vaxtında müalicə almalıdırlar. Düzdür çoxları allergiyanın nə demək olduğunu bilmirlər. Bu xəstəliyin ilkin əlamətləri qripdə olduğu kimidir. Elə buna görədə insanlar qrip olduqlarını hesab edim, allergiyaya önəm vermirlər. Ancaq bu hal uzun davam etdikdə dərhal həkimə müraciət etmək lazımdır. Bəzən elə olur ki, insanlar qripə qarşı olan antibiotiklərdən istifadə edirlər. Bu təhlükəlidir. Allergiyanın daha da irəliləməsinə səbəb olur.

Bir çox xəstələr də var ki, onlar allergiyaya qarşı aparılan müalicəni sona çatdırmırlar. Xəstəliyin simptomlarının azaldığını görüb, sağaldıqlarını hesab edirlər. Ancaq allergiya xəstələri bunu bilməlidir ki, allergiya sağalmaz xəstəlikdir. Aparılan müalicələr xəstəliyin tamamilə yox olmasına deyil, onun irəliləməsinin qarşısını alınmasına kömək edir. Bəzən allergiya insana genetik yolla, anna xətti ilə keir. Ancaq bu allergiyanın irəliləmə ehtimalı çox azdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib