Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90093
az

Aİ Mərkəzi Asiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

13:4402 İyun, 2023
95
DÜNYA
  • A

Avropa İttifaqı anti-Rusiya sanksiyalarından yan keçdiyi üçün Mərkəzi Asiya ölkələrinə qarşı sanksiyalar tətbiq etməyəcəyinə söz verir və diplomatiya yolu ilə onları Rusiyaya dəstək verməməyə inandırmağa ümid edir.

 

Oxu24.com xəbər  verir  ki,bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.

 

"Rusiya döyüş maşınına dəstək verənlərə qarşı artıq bir çox tədbirlər görmüşük, 10 sanksiya paketi tətbiq etmişik.

 

İndi biz yayınma riskini azaltmaq üçün 11-ci sanksiya paketini müzakirə edirik.

 

Amma açıq şəkildə bildirmək istəyirəm ki, biz heç bir ekstraterritorial tədbir tətbiq etmirik. Biz bütün dünya üzrə tərəfdaşlarımızla yalnız dialoq yolu ilə işləmək istəyirik.

 

Sanksiyalar üzrə xüsusi nümayəndəmiz David O'Sullivan artıq regionun bütün ölkələrinin nümayəndələri ilə görüşmək və onlarla müzakirə etmək imkanı əldə edib. onlara sanksiyalarla bağlı bütün məsələlər, belə ki, bir tərəfdən, tərəfdaşlarımızı Rusiyaya sanksiyalardan yan keçməyə kömək etməməyə inandırmaq, digər tərəfdən, sanksiyaların nəticələri barədə onlardan eşitmək”, - deyə  Mişel bildirib.

 

Tərcümə: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin Tibetdəki zəlzələdən sonra Rusiyaya dəstəyə görə təşəkkür edib
Paşinyan Moskvadan bahalı      hədiyyələrlə     qayıdıb
Rusiyada təyyarə texniki səbəblərə görə    geri     qayıtdı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xaçmaz sakinindən "Kalaşnikov" götürüldü- VİDEO