Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90092
az

Ukrayna Rusiya ilə danışmayacağını bəyan edib

20:3602 İyun, 2023
104
DÜNYA
  • A

Ukrayna indi Rusiya ilə dialoqa başlamaq fikrində deyil və qapını “bağlı” saxlayır.

 

Oxu24.com xəbər verir ki,bu barədə Ukrayna televiziyasında Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

 

"Biz danışıqlar üçün qapıları bağlamışıq, onları açmayacağıq, onları kifayət qədər möhkəm bağlamışıq. Bilirsiniz ki, bu məsələ ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı var, Putinlə hər hansı bir danışıqlar aparılmayacaq”, -  deyə  Danilov Çinin xüsusi nümayəndəsi Li Huinin son sözlərini şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, digər ölkələrin danışıqlara münasibəti onunla izah olunur ki, onlar öz maraqlarını müdafiə edirlər və “öz istehlakları üçün müəyyən prosesləri işləyirlər”.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi xatırladıb ki, Kiyevin müharibəni dayandırmaq üçün şərtləri kifayət qədər sadədir: 1991-ci ilin sərhədləri, Rusiya Federasiyası prezidentinin və onun əlaltılarının bütün cinayətlərə görə məsuliyyəti, itkilərin ödənilməsi və Ukrayna üçün təhlükəsizlik təminatı. 

 

Qeyd edək ki, Çin nümayəndəsi Li Hui iddia edib ki, nə Rusiya, nə də Ukrayna “sülh danışıqlarına qapını bağlamayıb”.

 

O, bu fikri Moskva, Kiyev və Avropa ölkələrinin digər şəhərlərinə səfərindən sonra bildirib. Eyni zamanda, onun fikrincə, Rusiya heç vaxt müharibəni dayandırmaq üçün dialoqa qarşı çıxmayıb.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədən ÜZÜCÜ XƏBƏR: çox sayda yaralı var
Əfqanıstan-Pakistan sərhədində döyüşlər başlayıb
Rusiyada dollar və avro YENƏ BAHALAŞDI

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır