Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90082
az

ABŞ Konqresi tarixi qərar qəbul edib

23:3502 İyun, 2023
134
DÜNYA
  • A

ABŞ Konqresi 31,4 trilyon dollarlıq borc tavanını qaldıran və bununla da defoltun qarşısını alan iki partiyalı qanun layihəsini qəbul edib.

Oxu24.com xəbər  verir  ki, “Reuters”in məlumatına görə, bu barədə Senat çoxluğunun lideri Çak Şumer bildirib.

Senatın Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləmək üçün səs verdiyini qeyd edən Şumer, "Bu gün biz defoltdan qaçırıq" deyib.

ABŞ prezidenti Co Bayden Konqresin vaxtında atdığı addımı yüksək qiymətləndirib: “Bu ikitərəfli razılaşma iqtisadiyyatımız və Amerika xalqı üçün böyük qələbədir”.

Qeyd edək ki, qanun layihəsi dövlət borcunun limitinin 2025-ci il yanvarın 1-dək dayandırılmasını nəzərdə tutur.

Bu, 2024-cü ilin payızında keçiriləcək prezident seçkilərindən sonra bu məsələyə qayıtmağa imkan verəcək. Bu qanun layihəsi iyunun 5-dən əvvəl baş verə biləcək bütün öhdəliklərini ödəmək üçün Xəzinədarlığın pulu bitməmişdən əvvəl təsdiq edilməli idi.

 

Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsraildən şok qərar
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açıldı
Maskdan QORXULU AÇIQLAMA -İnsanlar belə qərar versələr, bəşəriyyət YOX OLACAQ

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb