Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90076
az

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:  iyun ayının 4-ü...

23:0902 İyun, 2023
763
  • A

Azərbaycanda iyun ayının 4-ü gündüz və 5-dən 9-dək bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə yağıntılı olacaq.

Bunu  Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Xüsusəndə Balakən, Şəki, Qazax, Gəncə, Dağlıq Şirvan rayonlarında yağıntılar intensiv və güclü olacaq. Qərb küləyi əsasən dağ və dağətəyi rayonlarda arabir 25-30 m/san-dək güclənəcək.

“Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli sel keçəcəyi gözlənilir. Gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar əhalini hündürmərtəbəli binaların, irigövdəli ağacların, təhlükə yarada biləcək hasarların yanında durmaq məsləhət görülmür.

Gursululuq dövrü nəzərə alınaraq leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı və bunun nəticəsində bəzi dağ çaylarından sel keçəcəyi gözlənilir. Bunlar nəzərə alınaraq əhalinin çayın hövzəsindən kənarda durmağı məsləhət görülür”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tutulan şəxsin şok əməlləri üzə çıxdı
Güclü yanğın: Ölən var
Donuz əti buna görə haram imiş - AÇIQLAMA

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ