Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90074
az

Mikayıl Cabbarov Qaribaşvili ilə görüşüb

21:5902 İyun, 2023
282
SİYASƏT
  • A
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Baş nazir iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmini, tərəfdaşlığın inkişafı istiqamətlərini qeyd edib. Görüşdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri, SOCAR-ın Gürcüstandakı fəaliyyəti, həyata keçirilmiş layihələr, habelə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gürcüstan–Azərbaycan biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu
Samir Şərifov Baş nazirin müavini təyin edildi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi