Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90064
az

Möcüzəvi xına - Bu problemləri həll edir

20:4502 İyun, 2023
175
  • A
Yaraların üzərinə qoyulmuş xına həm də yara üzərini nazik bir pərdə ilə örtür, infeksiya düşməsinin qarşısını alır, həm də yeni bir dəri qatının əmələ gəlməsinə şərait yaradır. Bu zaman xına ilə bal qarışımından hazırlanmış məcundan da istifadə olunur. Ayaqlardan gələn qoxunun və ayaq göbələyinin qarşısını almaq üçün ayaqlara 15 gün müddətində gündə bir dəfə xına qoymaq lazımdır. Daban çatlarının və babasilin müalicəsi üçün xına ilə kərə yağını bir-birinə qarışdırıb yaranın üstünə qoymaq, bu müalicəni 15 gün gündə 1 dəfə 1 saat etmək lazımdır. Barmaqlar arası və ya bədəndə olan qaşınmalar zamanı xınadan istifadə edilir. Əgər üzdə səpgilər varsa, rəngsiz xınadan, bədəndə səpgilər olduqda isə adi xınadan istifadə etmək daha yaxşıdır. Ağızda və boğazda yaralar zamanı 1 xörək qaşığı xınanın üstünə 1 stəkan qaynar su tökülür, soyudulub qarqara edilir. Xına saç köklərinə güclü təsir edir, saçın sağlam çıxmasına səbəb olur, saçqıranı təmizləyir, saçların kökünü dərinləşdirir, kəpəklənməni aradan qaldırır, seboreyanın müalicəsində effektlidir. Vitiliqo və psoriazın müalicəsində istifadə olunur. Ağrıkəsici təsiri olduğundan ağrılı nahiyəyə xına qoyulan zaman ağrı aradan qalxır. Xına beyin qan dövranını yaxşılaşdırır, miqrenin müalicəsində istifadə olunur. Zob düyünlərinin üzərinə qoyulmuş xına düyünlərin kiçilməsinə səbəb olur. Dırnaqların tez-tez qırılmasının qarşısını almaq üçün xınadan istifadə edilir. Ekzemaların müalicəsində effektlidir. Qadınlarda uşaqlıqdan gələn axıntıların qarşısını almaq üçün 1 xörək qaşığı xına 1 stəkan suda dəmlənilir və uşaqlıq yolu gündə 2 dəfə yuyulur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
Azərbaycanda qaz və işıq bahalaşdı - RƏSMİ
Dostları Azərin son vəziyyətini açıqladı

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ