Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9005
az

Küləyin sürəti saniyədə 25 metrdən çoxdursa, artıq təhlükə deməkdir - Coğrafiya İnstitutundan AÇIQLAMA GƏLDİ +VİDEO

13:2717 Yanvar, 2019
985
CƏMİYYƏT
  • A
Küləyin maksimal sürəti saniyədə 25 metrdən çoxdursa, artıq təhlükə deməkdir.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bildirib.

Onun sözlərinə görə, hər üç ildən bir Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur:

“Bir gün ərzində küləyin maksimal sürəti saniyədə 10-12 metr olur. Daha sonra külək şiddətlənir və 15 dəqiqə ərzində sürəti saniyədə 25 metrə qalxır. Bu, təhlükə sayılır. Amma bu halın olması Bakı üçün gözlənilməz hal deyil”.

Məhərrəm Həsənov qeyd edib ki, güclü küləyin əsməsi nəticəsində Bakıda müəyyən ağaclar aşa bilər:

“Eyni zamanda, yaxşı bərkidilməmiş bəzi binaların damı aşa bilər. Elə bir böyük fəsad törədəcək hadisələr olmayacaq. Küləyin binanı uçurması, avtomobili aşırması ehtimalı yoxdur”.

Qeyd edək ki, Azərbaycanda güclü külək sonuncu dəfə 2015-ci ildə əsib. Küləyin maksimal sürəti saniyədə 30-38 metrə çatıb.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Yeni informasiya sistemi yaradıldı - REİS

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü