Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90049
az

İranla “Taliban” arasında aparılan danışıqlarda irəliləyiş əldə edilib

14:5402 İyun, 2023
114
MANŞET
  • A
Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban”la İran rəsmiləri arasında davam edən danışıqlarda müəyyən irəliləyiş əldə edilib. Bu açıqlama ilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian çıxış edib. “İranın Kabilə əzam edilən xüsusi nümayəndəsi Həsən Kazemi Qumi İranın Hilmənd çayının sularına çıxışı ilə bağlı müsbət nəticələr əldə edib. Həmçinin Kabil bizi əmin edib ki, mayın 27-də sərhəddə baş verən toqquşmalar Əfqanıstan tərəfinin təşəbbüsü ilə baş verməyib”, - deyə Hüseyn Əmir-Abdullahian vurğulayıb. İran XİN başçısı əlavə edib ki, İranın və Əfqanıstanın müştərək nöqtələri həddindən artıq çoxdur və düşmənlər bundan istifadə edərək qardaş xalqlar arasında düşmənçilik toxumları səpməkdə maraqlıdırlar. “Amma onlar buna nail ola bilməyəcəklər”, - deyə iranlı diplomat fikrini yekunlaşdırıb Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada -FOTO
Elgiz Polşada həyatının şokunu yaşadı - VİDEO
Bu liderlərin təyyarəsinə raketdən müdafiə sistemləri quraşdırılacaq


Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" -FOTO/VİDEO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb
Bu şəxslər vərəmə meyilli olurlar
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı