Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90013
az

Balakəndə “qara bazar”da dəyəri 700 min manat olan narkotik vasitə dövriyyədən çıxarılıb

10:1001 İyun, 2023
170
KRİMİNAL
  • A

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı yaşadığı evin həyətyanı sahəsində narkotik plantasiyası salan və narkotik vasitələrin satışını həyata keçirən ümumilikdə 19 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, şəhər ərazisində yerləşən Məhəmməd Abdullayevə məxsus evin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.

Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində M.Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən ümumi çəkisi 248 kiloqram olan 350 ədəd çətənə kolu, eləcə də 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik tərkibli bitkilərin toxumlarını öz qohumu Məzahir Soltanovdan 3 400 manat müqabilində əldə etdiyi, sonuncunun isə həmin toxumları rayon ərazisində narkotik vasitələrin paylanılmasını təşkil edən əsas şəxslərdən biri - Rasim Yetimovdan aldığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə onların hər ikisi saxlanılaraq istintaqa təhvil veriliblər. Şəxsi axtarış zamanı R.Yetimovdan da marixuana aşkarlanıb. Saxlanılan M.Abdullayev ifadəsində çətənə bitkilərini mart ayının əvvəllərində becərdiyini və vaxtaşırı aqrotexniki qulluq göstərdiyini etiraf edib. Məqsədinin isə əldə edəcəyi narkotik vasitəni sataraq varlanmaq olduğunu bildirib.

Qeyd edək ki, M.Abdullayevin həmin narkotik tərkibli bitkilərdən əldə edəcəyi narkotik vasitənin qara bazarda dəyəri 700 min manata yaxındır.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar nəticəsində isə daha 16 nəfər də şübhəli şəxs qismində saxlanılıb. Onlardan aşkarlanan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də kultivasiya etdikləri çətənə kolları qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda 40 yaşlı kişi     kafedə    öldü
Dələduzluğa görə axtarışda olan 13 nəfər tutuldu
Paytaxt sakininin kartından  oğurluq    edildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz   verilə     biləcək
Sumqayıtda 40 yaşlı kişi     kafedə    öldü