Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9001
az

Doğurdanmı yağış və külək zamanı dualar daha tez qəbul olur? - Dini hədis

12:3317 Yanvar, 2019
969
MARAQLI
  • A
 
Quraqlıq elə bir şeydir ki, hər bir zamanda və hər bir məkanda ona rast gəlmək olar. Allah bu yağışı biz insanlara bir nemət kimi nazil edər. Əgər bir yerdə quraqlıq varsa, oraya yağış yağdırmaq ancaq Allahın iradəsi ilə mümkün olar.

Sübhan Allah Adil və Rəhimdir. Nemətini insanlardan əsirgəməz. Əgər Allah hansısa bir milləti cəzalandırmaq və ya tənbeh etmək istəyərsə oraya yağış yağmasına mane olar. Bu zaman insanlar dua edərək və istiğfar edərək, bu maneəni aradan qaldıra bilərlər.

İmam Əli (ə) yağışın yağması üçün belə dua edərdi: “Allahım! Həyat bəxş edən, doyuzduran, pakizə, bərəkətli, şəffaf yağışı Öz tərəfindən bizə nazil et. O yağışı ki, bərəkətli bitkiləri, yaşıl və təravətli yarpaqları cücərdər. Zəif bəndələrinə onunla güc ver və ölmüş torpaqları onunla canlandır!”.

Həqiqətdə İmam (ə) Allahdan yağış yağdırmasını xahiş edir. Bəzən yağış elə yağar ki, sel gətirər və hər yeri viran edər. Ya da soyuq havada yağdığı üçün buz bağlayar və mənfi nəticələr qoyub gedər. İmam (ə) bütün bu amilləri nəzərə alaraq, Allaha elə bir dua edir ki, xeyirli yağışın yağmasının bütün şəraitlərini zikr edir.

İmam (ə) davamında buyurur: “Allahım! Yağış yağdır ki, böyük dağlar və təpələr bizə bikti versin, ətəklərinə və dərələrinə yayılsın. Bizim bütün məmləkətimizə bol nemət bəxş etsin. Meyvələrini yığarıq, dördayaqlılarımız onunla yaşayarlar. Bizdən uzaq diyarlarda da ondan bəhrələnərlər. Kəndlərimiz ondan yardım alar. (Bütün bunları) Özünün bol bərəkətini yoxsul bəndələrinə və səhradakı vəhşi heyvanlarına inayət et!”.

İmam (ə) bu duasında ümumi rəhmətini və geniş nəzərini büruzə verir. Çünki uzaq və yaxın diyarları da nəzərə alır. Dördayaqlı və vəhşi heyvanları da nəzərə alır. Onun bu duası hamıya şamil edilir.

İmam (ə) buyurur: “(Yağış mərhəmət et ki) quraqlıqda olanlar nemətə çatsınlar. Onun bərəkətindən canlansınlar. Çünki ümidsizlikdən sonra bu Sənsən ki, yağışı yerə endirirsən. Rəhmətini yayırsan. Sən sitayişə layiqsən”.

 

Yağış namazı

Əhli-beytdən (ə) gələn hədislərdə oxuyuruq ki, yağış namazından əvvəl gərək üç gün oruc tutasan. Üçüncü günü hamı oruc halda bayıra çıxmalı və şəhərdən çıxmalıdır. Fitr namazı kimi 2 rükət namaz qılarlar. Sonra Allahdan yağış və rəhmət diləyərlər. Hər duadan əvvəl isə Həzrət Peyğəmbərə (s) salavat göndərərlər. İmam namazdan ayrılandan sonra yağış yağması ümidi ilə əbasını tərs üzünə çevirər. Üzü qibləyə dayanar və 100 dəfə yüksək səslə təkbir deyər. İnsanlar da onunla bir yerdə deyərlər. Sonra üzünü insanlara çevirər, sağ tərəfə çevrilər və yüz dəfə yüksək səslə “Sübhənallah” deyər. Sonra sol tərəfə çevrilər yüz dəfə yüksək səslə “Lə iləhə İlləllah” deyər. Sonra üzünü insanlara çevirər, yüz dəfə Allaha həmd deyər. İnsanlar da belə edərlər. Sonra İmam əlini səmaya qaldırar və insanlarla bir yerdə dua edər. Allahdan istəyər ki, rəhmət etsin və insanlar da İmamın duasına “Amin” deyərlər.

Hədislərdə oxuyuruq ki, uşaqlar, qocalar və hətta susuz heyvanlar da buraya gələr və ağlayarlar. Onların bu göz yaşı qəlbləri titrədər. Onlar da başqaları kimi dua edər və tövbə edərlər.

İmamın yuxarıda söylədiyi dualar da yağış namazından sonra edilən dualardır. Bu da onu göstərir ki, İmam (ə) insanlarla bir yerdə yağış namazı qılmış və sonra da dua etmişdir. Yanıqlı sözlərlə Allahdan yağış diləmişdi.

Allaha bizim diyarımıza yağdırdığı bu gözəl nemətə görə şükür edək, onun haqqını verməyə çalışaq. Naşükürlük etməyək ki, bu İlahi rəhmətdən məhrum olarıq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Tayqada azərbaycanlıların saldığı iki şəhər - Çoxlarının bilmədiyi fakt
“Xalq düşməni”nin nəvəsi, sevdiyi qızı qatarla qaçıran Oqtay Ağayev - Xalq artistinin oxumadığınız MÜSAHİBƏSİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi