Mayın 23-də Yevlax rayonunda özünü sürət qatarının altına ataraq intihar edən şəxsin kimliyi müəyyənləşib.
"Report"un məlumatına görə, aparılan araşdırmalar nəticəsində, onun Mingəçevir şəhər sakini, 1959-cu il təvəllüdlü Bayramov Faiq Qəhrəman oğlu olduğu dəqiqləşib.
Onun intihar məqsədi ilə özünü qatarın altına atdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mayın 23-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb.
Oxu24.com
ŞƏRHLƏR