Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8998
az

Bakıda külək getdikcə şiddətlənir, sürəti saniyədə 35 metrə çatır

11:1417 Yanvar, 2019
863
CƏMİYYƏT
  • A
 
Saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 m/saniyədək şiddətlənib.

Oxu24.com-a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin əvvəlcədən proqnozlaşdırıldığı kimi bütün ölkə boyu kəskin pisləşdiyini bildirir. Dağlıq və dağətəyi rayonlara çovğunla müşaiyət olunan qar yağacağı gözlənilir. Bakıda isə səhər saatlarından başlayan yağış getdikcə güclənməkdədir, gün ərzində yağışın sulu qara keçəcəyi gözlənilir. Hava şəraitinin paytaxt və Abşeron yarımadasında kəskin pisləşməsinə baxmayaraq şaxta proqnozlaşdırılmır, temperaturun sıfra yaxın olacağı bildirilir.

Hələlik Bakıda və digər bölgələrdə kəskin hava şəraitinin fəsadları barədə məlumatlar daxil olmayıb. Xatırladaq ki, SOCAR Xəzərdəki platformalardan 2500-ə qədər neftçini təxliyə edib. Tədris müəssisələrində dərslər dayandırılıb, ali və orta ixtisas məktəblərində qış imtahanları təxirə salınıb.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarda bu 3 meyvəni qətiyyən yeməyin - Diqqət!
1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı