Rusiyada tədris hissə müdirinin dərs zamanı şagirdə fiziki güc tətbiq etməsi mətbuatın gündəmini zəbt edib.
Oxu24.com Rusiya mətbuatına istinadən xəbər verir ki, insident Tolyattidəki məktəblərdən birində baş verib. Müəllim 5-ci cinif şagirdinə yaxınlaşaraq onun üzünə bir neçə zərbə vurub. Səbəb isə qızın dərs vaxtı şəkil çəkməsi olub.
Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. Şagirdlərin sözlərinə görə, bu, tədris hissə müdirinin şagirdlərə qarşı ilk fiziki güc tətbiq etmə hadisəsi deyil.
Oxu24.com
ŞƏRHLƏR