Mayın 30-da səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində 2 nəfər yaralanıb.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bunu şəhərin meri Sergey Sobyanin deyib.
Yaralılara tibbi yardım göstərilib.
Merin sözlərinə görə, bir neçə PUA vurulub.
PUA hücumuna məruz qalan ərazilərdən sakinlərin təxliyəsi başlayıb. S.Sobyanin əhalini sakit olmağa, təşvişə düşməməyə çağırıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR