Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89927
az

Dəmir çatışmazlığı orqanizmdə hansı problemləri yaradır?

15:5527 May, 2023
266
CƏMİYYƏT
  • A
Orqanizmdə dəmir çatışmazlığı ciddi patoloji hal sayılır və bu hal insanda bir çox xəstəliklərin meydana gəlməsinə əlverişli şərait yaradır. Statistikaya görə dünya əhalisinin təxminən 30 faizində dəmir çatışmazlığı var. Bəs bu orqanizm üçün hansı problemləri yaradır? Ümumiyyətlə dəmirin orqanizmdə rolu nədən ibarətdir? Sadə dildə desək, dəmir qan tərkibinin ən vacib maddələrindən biridir. Hemoqlobinin yaranmasında iştirak edən dəmir qırmızı qan hüceyrələrinin tərkib hissəsidir. Hemoqlobin bədən üzvlərinə oksigen çatdıran maddədir. Əgər orqanizmdə dəmir çatışmazlığı varsa bu qanın qırmızı hüceyrələrinin az olması deməkdir. Belə olan halda qanda hemoqlobinin səviyyəsi aşağı düşür və toxumalar lazımınca oksigenlə təmin oluna bilmir. Həmçinin dəmir immuniteti gücləndirir, metabolik proseslərdə iştirak edir, fiziki və əqli işin məhsuldarlığını artırır, orqanizmi enerji ilə təmin edir. Orqanizmdə dəmir çatışmazlığı dəmir defisitli anemiya xəstəliyidir ki, buna el arasında qanazlığı da deyilir. Dəmir çatışmazlığının ilk əlamətləri aşağıdakılardır: ⦁ Üz dərisində solğunluq, dəri quruluğu ⦁ Saçlarda və dırnaqlarda kövrəklik ⦁ Dodaq ətrafında çatların yaranması ⦁ İştəhasızlıq ⦁ Yorğunluq ⦁ Udqunmaq çətinliyi ⦁ Bağırsaq pozğunluqları ⦁ Təngnəfəslik ⦁ Ürək döyüntüsünün tezləşməsi-taxikardiya ⦁ Baş ağrısı və başgicəllənmə ⦁ Ağız boşluğunda quraqlıq. Orqanizmin dəmirə sutkalıq tələbatı kişilərdə 10, qadınlarda 20, uşaqlarda 4-18 mq-dır. Hamilə qadınlarda isə sutkalıq norma 30-35 mq olmalıdır. Dəmir çatışmazlığı problemi ilə üzləşməmək üçün qida rasionuna müntəzəm olaraq dana, ördək, dovşan əti, toyuq içalatı, qaraciyər, yumurta sarısı, yulaf sıyığı, qarabaşaq və mərçimək, qırmızı çuğundur, kələm, ispanaq, kök, sarmısaq, soğan, qurudulmuş meyvələr, alma, qara gavalı, əncir, nar, üzüm, şaftalı, armud, qoz, noxud, balıq və balıq məhsulları kimi qidaları daxil etmək lazımdır. Nəzərə almaq lazımdır ki, dəmir orqanizm tərəfindən yaxşı mənimsənilmir. Onun yaxşı mənimsənilməsi üçün tərkibində C vitamini olan qidalardan da istifadə etmək vacibdir. Bunun üçün yuxarıda sadalanan qida məhsullarını rasionunuza daxil edərkən ən azı limondan istifadə etmək olar. Smart Hit effektiv, yeni, absorbsiya texnalogiyası sayəsində Hazırlanan liposomal dəmir mənbəyidir. Dəmir ehtiyacını ödəmək üçün tərkibində dəmir çox olan qidalarla qidalanmaq və ya Smart Hit qəbul etmək lazımdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax yolunda ağır qəza: 5 nəfər xəsarət aldı
“Bəy hamamı”nda yanğın oldu -FOTO/YENİLƏNDİ
Tehrandan Ukraynadakı münaqişəyə baxış -Kim qalib gələcək?

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR