Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89924
az

Azərbaycandakı partlayışlara \"diksinməyənlər\" - Ermənistan terrora davam edir

15:1327 May, 2023
188
  • A
Azərbaycan uzun illərdir mina terroru ilə üz-üzədir. Bunu Trend-ə açıqlamasında Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyası İB-nin sədri Rey Kərimoğlu deyib. O bildirib ki, işğalçı ölkə olan Ermənistan Azərbaycan torpaqlarına 1.5 milyon mina basdırıb. "90-cı illərdən bu günə qədər Azərbaycanda 3400 nəfərdən artıq şəxs minaya düşüb. Onlardan 570 nəfəri həlak olub. 2020-ci il 10 noyabr bəyannaməsindən sonra isə 302 azərbaycanlı minaya düşüb. Onlardan 54 nəfəri dünyasını dəyişib. Demək olar ki hər gün mina qurbanı xəbəri eşidirik. Bu çox ciddi bir problemdir və Azərbaycan bu problemlə tək mübarizə aparır. Dünyanın bütün ölkələrində minatəmizləmə aksiyalarında donor ölkələr və təşkilatlar var. Amma nədənsə həmin ölkə və təşkilatlar Azərbaycana bununla bağlı passiv yanaşır, ikili standartlar bu məsələdə də özünü göstərir. Azərbaycanın əraziləri 30 il işğalda oldu və biz bu prosesdə də ikili standartları gördük. Bu gün Ukrayna ilə bağlı bir çox ölkələr müdafiə addımı atır, amma həmin dövlətlər Azərbaycanla bağlı heç bir addım atmadı. İndi də mina ilə bağlı Azərbaycana ciddi kömək edilmir. Bəzi təşkilatlar kiçik sərmayələr qoysalar da, böyük həcmli layihələr həyata keçirilmir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda maşın piyadanı   vurub  öldürdü