Yaponiya ilə sülh danışıqları Tokionun yad torpaqları sövdələşmə cəhdidir.
Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. Onun sözlərinə görə, Yaponiya faşist Almaniyası ilə müttəfiq olub və dəfələrlə Rusiyaya hücum edib:
"Rus əsgərinin ayağı isə bir dəfə də olsun Yaponiya ərazisinə dəyməyib. Onlar hər zaman arzu ediblər ki, Urala qədər rus torpaqlarını ələ keçirsinlər. Ümid edirəm ki, onlar heç vaxt rus torpaqlarından bir metr belə əldə edə bilməyəcəklər. Biz torpaqların verilməsinə qarşıyıq.
Yaponlar niyə Kuril adalarıyla bağlı israr edirlər? Saxalin, Kamçatka, Xabarovsk, Maqadan, Sibir hələ də öyrənilməmiş ərazilərdir. Ürəyiniz istədiyiniz yerdə işləyin, fabrik tikin, kənd təsərrüfatı məhsulları becərin. Rus bayrağınız olacaq, amma siz sakit işləyəcəksiniz. Sərhədlər müasir dünyada önəmli rola sahib deyil". Oxu24.com
ŞƏRHLƏR