"Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı siyasətini həmişə dəstəkləmişəm və dəstəkləyirəm"
Oxu24.com xəbər verir ki, bunu Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan "CNN Türk"ə müsahibəsində deyib.
O söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədəki prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddialar yanlışdır.
S.Oğan bu iddia ilə çıxış edənlərə ritorik sual ünvanlayıb: "Məgər azad iradəmizlə kimisə seçə bilmərik?".
Siyasətçi bəzilərinin əsassız ssenarilər ortaya atdığını söyləyib. O, bu cür əsassız iddiaları ortaya atanlardan sübut və dəlil tələb edəcəyini vurğulayıb və həmin şəxsləri məhkəməyə verəcəyini açıqlayıb.
S.Oğan həmçinin Türkiyə Prezidenti, "Cümhur İttifaqı"nın prezidentliyə namizədi R.T.Ərdoğandan heç bir tələbinin olmadığını xatırladıb.
O, həmçinin "Millət İttifaqı"nın namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlundan da nəsə istəmədiyini qeyd edib. Bununla yanaşı siyasətçi bildirib ki, K.Kılıçdaroğlu ilə görüşdə onun tələblərini yerinə yetirməyə hazır olduğunu söyləyib.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR