Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89856
az

Vladimir Putin: “Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir”

23:0325 May, 2023
256
DÜNYA
  • A

“İkitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir. Biz hamımız buna çox şadıq”.

Oxu24.com  xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

“İlk növbədə, Sizi bir daha salamlamaq və Azərbaycan Prezidentinə Avrasiya İqtisadi Birliyi çərçivəsində bizim bugünkü görüşümüzə qoşulması qərarını qəbul etdiyi üçün təşəkkür etmək istəyirəm. Artıq deyildiyi kimi, formal olaraq qonaq qismində, lakin həqiqətən, İlham Heydər oğlu haqlıdır, bu, çox şərti addır, çünki Azərbaycan ilə Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan bütün ölkələr arasında münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır.

İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi istiqamətində irəliləyir. Mən çox istərdim ki, gələcəkdə də belə davam etsin, çünki regional əməkdaşlıq potensialı çox yüksəkdir”, - deyə Rusiya Prezidenti bildirib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
TƏCİLİ! Rusiyadan şok qərar: Bu tarixdən başlayır
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi