Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89854
az

ABŞ və müttəfiqləri Ukraynaya 65 milyard dollarlıq hərbi yardım edəcək

21:4725 May, 2023
139
DÜNYA
  • A

ABŞ və Ukraynaya dəstək üzrə təmas qrupunun digər ölkələri bu birliyin mövcud olduğu dövrdə rəsmi Kiyevə ümumilikdə 65 milyard ABŞ dolları dəyərində hərbi yardım göstərməyi öhdələrinə götürüblər.

Oxu24.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin təmas qrupunun iclasında bildirib.

O vurğulayıb ki, gələcəkdə Kiyevə hərbi yardımı davam etdirmək üçün daha çox səy göstərməli, silah istehsalı gücünü artırmaq üçün yaradıcı yollar axtarmalı olacaqlar. Eyni zamanda, Pentaqon rəhbəri ABŞ və tərəfdaşlarının hələ də Ukraynaya yardımı davam etdirməkdə qərarlı olduqlarını söyləyib.

O, həmçinin ukraynalı pilotların “F-16” qırıcılarını idarə etmək üçün təlimə yaxın həftələrdə başlaya biləcəyinə ümid etdiyini bildirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyanın keçmiş müşaviri Gürcüstana buraxılmadı
Gürcülərə cinsini dəyişmək qadağan edilib
Braziliya prezidenti Ukrayna münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb