Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89840
az

Azərbaycanda tükürpədici hadisə: İt azyaşlı qızlara hücum etdi,ölən var

18:3425 May, 2023
683
REDAKTORUN SEÇİMİ
  • A

Cəlilabad rayonunda quduz itin dişlədiyi 11 yaşlı qızın ölümü ilə bağlı təfərrüat məlum olub.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, hadisə mayın 3-də, şəhərin R.Nəsirov küçəsində baş verib.

Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.

Bu zaman o, bacısının köməyinə gəlib. Uşaq bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.

Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.

Lakin vəziyyəti ağırlaşdığı üçün yeniyetmə paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tutulan şəxsin şok əməlləri üzə çıxdı
Güclü yanğın: Ölən var
Donuz əti buna görə haram imiş - AÇIQLAMA

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu