Xamneyinin daha bir ölkədə ofisi bağlanıb.
Oxu24.com İran mediasına istinadən xəbər verir ki, Britaniyada şiəlik ideyalarını yayan Britaniya İslam Mərkəzi fəaliyyətini dayandırdığını elan edib.
“Ali lider Xamneyinin ofisi” kimi tanınan mərkəzdə dini mərasimlərin keçirildiyi qeyd edilir.
Bu günlərdə Britaniyada yaşayan iranlılar mərkəzin binası önündə onun bağlanması tələbi ilə etiraz aksiyaları keçiriblər.
2018-ci ildən İranın Ali Rəhbərinin nümayəndəsi Haşim Musəvi “ofis”in rəhbəridir.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR