Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89825
az

Yol polisinin qanuni tələbinə məhəl qoymayan sərxoş sürücü saxlanılıb

16:3025 May, 2023
159
KRİMİNAL
  • A

Yol polisinin qanuni tələbinə məhəl qoymayan, narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Bu barədə Oxu24.com-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, mayın 22-də “Chevrolet” markalı, 99-UD-447 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Fərid Ələkbər oğlu manevretmə qaydasını pozduğu üçün BDYPİ-nin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün stasionar postunda ona “Saxla” işarəsi verilib. Lakin o, polisin qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib.


Sonradan həyata keçirilən tədbirlər nəticəsində sürücü F.Kərimov saxlanılıb və hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməsi təmin olunub. Müayinə nəticəsində F.Kərimovun narkotik vasitənin və spirtli içkinin təsiri altında olması müəyyən edilib.

F.Kərimov barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə F.Kərimov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün inzibati qaydada həbs edilib, eyni zamanda narkotik vasitənin və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün barəsində qanunamüvafiq tədbirlərin icrasına başlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Tovuzda baş verən qəzada ölənlərin sayı    7-yə     çatdı
Şantajda ittiham edilən 4 sayt rəhbəri     həbs     edildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO