Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89812
az

Kapital Bank “Women Bankers Club”la birgə layihə həyata keçirdi

12:2225 May, 2023
679
İQTİSADİYYAT
  • A

Kapital Bank “Women Bankers Club”la birgə layihə həyata keçirdi

 

21 may 2023-cü il tarixində ölkənin ilk və yeganə qadın bankçılar platforması olan “Women Bankers Club” (WBC) Kapital Bank-la birgə “Yetər ki, varsan!” adlı tədbir keçirib. Görüşdə “Women Bankers Club”un üzvləri, Azərbaycan maliyyə sektorunda rəhbər vəzifələrdə çalışan xanımlar, Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupunun üzvləri və digər qonaqlar iştirak edib.

 

Tədbir zamanı psixoloq Gülnarə Əkbərova “Yetər ki, varsan!”, PAŞA Sığorta şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova “Mənim uğur fəlsəfəm”, şəxsi transformasiya məsləhətçisi Mehmet Bayramoğlu “Mən kiməm?”, transformasiyalar üzrə ekspert, Geştalt kouç - Sevda Əliyeva isə  “İkigai 2.0 və ya transformasiya alqoritmi” mövzularında çıxış ediblər.

 

Qeyd edək ki, WBC maliyyə sektorunda fəaliyyət göstərən qadınların uğurlu ünsiyyətini həyata keçirməyə imkan yaradan bir platformadır. Yarandığı gündən daim təlimlər, master-klaslar, eləcə də təhsil layihələrini həyata keçirən klubun hazırda mindən çox üzvü var. 

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/krdt, BirKart sifarişi üçün – //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pensiyalar bu tarixdəödəniləcək
“Brent” nefti ucuzlaşdı
Brent və WTI markalı neftin qiymətləri kəskin ucuzlaşıb

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı