Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89782
az

Uşağa ad və soyadın verilməsi qaydası necədir? - HÜQUQİ YARDIM 

23:0224 May, 2023
748
HÜQUQ
  • A

Ailə Məcəlləsinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir.

Oxu24.com xəbər  verir  ki, Vətəndaş övladına ad, soyad və ata adının verilməsi üçün ASAN xidmət mərkəzlərinə və ya Ədliyyə Nazirliyi tabeliyində olan qeydiyyat idarələrinə müraciət edə bilər. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının adı uşağın anasının göstərişi üzrə yazılır.

Ailə Məcəlləsinin 53.2-ci maddəsinə, eləcə də “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarına əsasən uşağa ad valideynlərin razılığı ilə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən qanunvericiliyə uyğun olaraq həll olunur.

Hazırladı: Rəvanə Mehdili

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyası hazırda ölkədə ən çox hüquqşünasın cəmləşdiyi peşə         qurumlarından              biridir
Sürücülük vəsiqəsini dəyişmək neçəyədir?
“İlin vəkili” seçildi

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb