Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89761
az

Yolun ortasında polisin əlindən bort kompüteri alıb qaçan şəxs görün kim imiş — VİDEO

19:3924 May, 2023
888
OXU24 TV
  • A

Bərdədə sürücü polisin əlindəki bort kompüteri alaraq qaçmağa cəhd göstərib.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış "QAZ-24" markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort kompüteri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort kompüter geri alınıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, bort kompüteri polis əməkdaşının əlindən alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.

Araşdırmalar davam etdirilir.

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”, - məlumatda qeyd olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Zəlzələ belə baş verib - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi